Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Nadir idman avtomobili hərraca çıxarıldı

    1 week ago

    4

    0

    "Cars and Bids" hərracında nadir ABŞ istehsalı "Panoz" sportkarı satışa çıxarılıb Oxu.Az xəbər verir ki, onlayn hərrac platforması olan "Cars and Bids" saytında nadir "Panoz AIV Roadster" modeli təqdim olunub. Bu sportkar yüksək performanslı "Ford Mustang SVT Cobra" mühərriki ilə təchiz edilib. Hərracın başa çatmasına bir gün qalmış avtomobil üçün 24.2 min ABŞ dolları təklif edilib. "Panoz" markası 1989-cu ildə təsis olunub və "AIV Roadster" onun azsaylı, lakin tanınmış modellərindən biridir. Bu model 1996-1999-cu illər arasında istehsal olunub və ümumilikdə cəmi 176 ədəd buraxılıb. "AIV Roadster" ABŞ-də genişmiqyaslı alüminium konstruksiyaya sahib olan ilk avtomobil hesab olunur. Avtomobil 4.6 litrlik atmosfer mühərriklə təchiz olunub. Bu mühərrik 309 at gücü hasil edir və əlavə olaraq mexaniki kompressorla gücləndirilib. Maşının çəkisi cəmi 1 166 kiloqramdır. Güc mexaniki 5 pilləli sürətlər qutusu vasitəsilə arxa oxa ötürülür. Sportkar 100 km/saat sürətə 4.5 saniyədən az müddətdə çatır, maksimal sürəti isə 225 km/saat təşkil edir. 1998-ci ildə istehsal olunan bu avtomobil bu günə qədər yalnız 26 min kilometr məsafə qət edib və tam işlək vəziyyətdədir. ©oxu.az
    Click here to Read more
    Prev Article
    ChatGPT'ye "Galeri" Geldi: Yapay Zeka ile Oluşturduğunuz Tüm Görseller Tek Sayfada Gösterilecek
    Next Article
    Avro və rubl manat qarşısında ucuzlaşdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment