Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Mütəllim Rəhimli Ədalət Partiyasından xaric edildi

    5 hours ago

    1

    0

    Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. Partiya sədrinin səlahiyyətlərini icra edən, ali məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib. HİT.az xəbər verir ki, ali məclisin iclasının qərarı Ədalət Partiyasının qurultayının mayın 31-də keçirilməsi müəyyənləşib. İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyətdə müzakirə olunub. Həmçinin Mütəllim Rəhimovun iştirakı ilə onun son aylarda partiya daxilində subardinasiyaya əməl etməməsi, partiya daxilində regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd "ali məclis" in iclasını çağırması, ali məclis sədrinin səlahiyyətlərini mənimsəməsi, ali məclisin üzvü olmaya-olmaya iclası aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi veto hüququna məhəl qoymaması halları gündəmə gətirilib. Eyni zamanda uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin kobud şəkildə pozulduğu qeyd olunub. Törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq, siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub. Qərar Meydan Babayevin təklifi ilə Ədalət Partiyasının Ali Məclisində səsə qoyulub və dəstəklənib.  
    Click here to Read more
    Prev Article
    Tez əsəbiləşməmək üçün nələr etməliyik?
    Next Article
    ANAMA əməkdaşı Qazaxda minaya düşdü

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment