Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Müflisləşmə arayışları satınalma portalına inteqrasiya olunub

    1 week ago

    3

    0

    Finss.az - Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən bir sıra arayışlar “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib. Belə ki, dövlət satınalmalarının vahid internet portalı ilə “Elektron məhkəmə” informasiya sistemi arasında aparılan inteqrasiya prosesi nəticəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən “Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi” və “Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” haqqında arayışları bundan sonra onlayn rejimdə portal vasitəsilə əldə etmək mümkün olacaq.   Arayışların portal vasitəsilə əldə edilməsi barədə qaydalarla linkə keçid edərək tanış olmaq mümkündür. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Fərid Məmmədov: Biz innovasiyaları sadəcə dəyər kimi deyil, ayrıca strateji istiqamət kimi ayırmışıq
    Next Article
    Azərbaycan-Çin sənaye əməkdaşlığı genişlənir: Çindən investisiya axını gözlənilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment