Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Müəllimi 65 yaşında pensiyaya çıxardırıq, amma akademiyanın prezidenti 90 yaşında işləyir" - Deputat

    2 hours ago

    1

    0

    "Biri var imtahan kəsmək, bir də var inkişaf üçün nəzərdə tutulub. Bizim oxuduğumuz elə fənlər var idi ki, onun 80-90 faizi praktik həyatımızda bizə lazım deyil". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı deputat Elşad Musayev deyib. "Bu imtahan rəqabət üçün olmalıdır. İmtahan stress, ixtisar etmək üçün olmalı deyil. Tibb işçilərinin yaş məsələsinə toxunuldu. Bu, həssas məsələdir. Yaş məsələsini ortadan götürmək üçün iqtisadi baxımdan daha çox inkişaf etməliyik. Biz orta məktəbdə ibtiadi sinif müəllimini 65 yaşına çatanda pensiyaya çıxardırıq. Amma akademiyanın prezidenti 90 yaşında işləyir. Yaxud, universitetlərin alimləri, professorları işləyir. Deməli, akademiyanın prezidenti işləmək orta məktəbdə sinif müəllimi işləməkdən daha az məsuliyyətlidir? Ona görə də buna fərqli yanaşmalıyıq. Ölkəmizin iqtisadi gücü, potensialı artır", - deyə deputat bildirib. ©unikal
    Click here to Read more
    Prev Article
    Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? - “Bu halda bankı məhkəməyə vermək olar”
    Next Article
    Həcc ziyarətinə gedənlərə bu halda 10 il qadağa qoyulacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment