Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Müəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu?

    1 week ago

    3

    0

    Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəlliflik hüququndan istifadəyə görə müəyyən haqq ödənilir. Bu zaman aparılan royalti ödənişlərindən vergi tutulmalıdırmı? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.42-ci maddəyə əsasən, Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır. Buna əsasən, teatrda tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə aparılan royalti ödənişlərindən bu ilin əvvəlindən 5 il müddətinə vergi tutulmur. Əsas: Vergi Məcəlləsinin 102.1.42-ci maddəsi ©vergiler.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan Mərkəzi Bankında yeni kadr təyinatları olub
    Next Article
    Azərbaycan–Danimarka ticarət dövriyyəsi 2,4 dəfə artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment