Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "MTK-lar at oynadırlar" - Deputat

    4 days ago

    1

    0

    "Bu qanunda sərt tələblər qoyulmalıdır. İstilik təchizatı xidmətlərinin keyfiyyətlərinə nəzarət müxanizmini də gücləndirməliyik. Nazirliyə heç bir əlavə alətlər verilmirsə, nəzarət necə həyata keçiriləcək? Sadəcə özümüz deyib, özümüz də eşidəcəyik". Valyuta.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həməzyev deyib. "Uzun illər tikintidə pərakəndəlik olub. Yeni tikilən binalarda istilik sistemləri quraşdırılmadı. Sərt qayda qoymalıyıq ki, yeni tikilən binalarda mütləq mərkəzləşdirilmiş istilik sistemləri quraşdırılsın. MTK-lar at oynadırlar. İnsanlar sanki o binalarda kirayə yaşayır. MTK-lar faktiki olaraq sakinlərə müstəqillik verməyib. Ən azından bundan sonra bu qaydaları tətbiq edə bilərik", - deyə deputat bildirib. O qeyd edib ki, satışda olan çox sayda və tələblərə cavab verməyən kombi sistemləri var: "Bu kombi sistemləri məsələn, Almaniya, İran, Çin və digər ölkələrdən gətirilir. Mütəxəssislər baxanda məlum olur ki, bu kombilər standartlara cavab vermir. Onu quraşdıranda da hədisz dərəcədə sərfiyyata gətirib çıxarır. İstilik avadablıqlarına nəzarəti gücləndirməliyik. Gömrükdən keçirilir, bazarda satışa çıxarılır və heç bir nəzarət yoxdur. Bu problemi həll etməliyik". Şərhlər
    Click here to Read more
    Prev Article
    Powerful Earthquake Shakes Istanbul
    Next Article
    Fərhad Adıgözəlov reklam idarəsinin rəisini dəyişdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment