Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

    2 weeks ago

    5

    0

    Son 2 gündə 4 şirkət möhürü itdiyi üçün etibarsız sayılıb. Valyuta.az xəbər verir ki, bu şirkətlər "BC Next" MMC, " İ.K.S.S. " MMC “Archimed”  MMC və "Həmid" kiçik müəssisəsi olub. Belə ki, möhür itdiyi üçün ləğv olunan "BC Next" MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. 100 manat kapitalla yaradılan bu MMC-nin qanuni təmsilçisi Məlikov Rüfət İlqar oğludur. Etibarsız olduğu elan olunan şirkətlərdən biri olan “Archimed” MMC-nin qanuni təmsilçisi Mirzəyev Tacir Seyidağa oğlu olub. 2017-ci ildə dövlət qeydiyyatına alınan bu şirkət əvvəllər "Studio 21" MMC adı ilə fəaliyyət göstərib. 2018-ci ilin fevral ayından isə adını dəyişərək “Archımed” adlanmağa başlayıb. Qeyd edək ki, bu şirkətin nizamnamə kapitalı əvvəllər 10 manat olsa da, sonradan qaldırılaraq 200 manat olub. 16 ildir fəaliyyət göstərən bir digər şirkət “İ.K.S.S.” MMC də bu siyahıya daxil edilib. 2008-ci ildə dövlət qeydiyyatına alınan bu şirkətin qanuni təmsilçisi isə Cabbarov Bəhram Cəlal oğlu olub. Etibarsız sayılan şirkətin nizamnamə kapitalının 10 manat olduğu qeyd edilir.  Bu siyahıya daxil olan bir digər şirkət isə "Həmid" kiçik müəssisəsi olub. Bu şirkət də möhür itdiyi üçün etibarsız sayılıb. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    "Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb
    Next Article
    "Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment