Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Milyonlarla vergi borcu olan şirkətlər bağlandı

    1 hour ago

    3

    0

    İki şirkət "Azlayihə İnşaat" MMC-yə qoşularaq ləğv olundu. Valyuta.az xəbər verir ki, "Kometa-A" Məhdud Məsuliyyətli Cəmiyyəti  və "ALTİS" Məhdud Məsuliyyətli Cəmiyyəti  "Azlayihə İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşularaq ləğv edildiklərini elan ediblər. "Kometa-A" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğlu olub. Hazırda şirkətin 1.312.054,16 manat məbləğində vergi borcu mövcuddur. "ALTİS" MMC də 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, nizamnamə kapitalı isə 10 manat təşkil edir.  Hazırda şirkətin 3.517.964,23 manat məbləğində vergi borcu mövcuddur. Qeyd edək ki, şirkətlərin birləşdiyi "Azlayihə İnşaat"ın da 6.142.328,21 manat vergi borcu var. Şirkət 2012-ci ildə "AVEY-V 2012" MMC adı ilə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.  Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Axşam saatlarından Bakıda bu yol bağlanacaq
    Next Article
    Putin miqrantlarla bağlı sərəncam verdi - Azərbaycanlıların durumu necədir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment