Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Milli Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur?

    2 weeks ago

    5

    0

    Milli Onkologiya Mərkəzində giriş üçün xəstə yaxınlarından pul tələb olunur. Belə bir iddia sosial şəbəkədə müzakirə mövzusu olunub. Şikayətçi qeyd edib ki, xəstənin yanına getmək üçün qapıçıya on manat vermək tələb olunur. "Əvvəl beş manat idi. İndi beş manat verdim, qəbul etmədilər, ancaq on manat. Təsəvvür edin ki, xəstən on gün orada yatacaqsa, təkcə qapıçıya hər gün on manat ödəmək məcburiyyətindəsən", - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-a açıqlamasında iddianı təkzib edib. "Belə bir şey ola bilməz. Bizdə xəstələrin yanına buraxılış saat 18:00-dan 20:00-a kimidir. Bayram və şənbə-bazar günləri isə saat 14:00-dan başlayır buraxılış. Problem odur ki, bir çox xəstə yaxınlarının gözləməyə səbri yoxdur. Gələn kimi keçmək istəyirlər. Biri deyir, rayondan gəlmişəm, o biri deyir, vaxtım azdır. Digər tərəfdən, bir xəstənin yanına gün ərzində iki nəfərdən çox adam buraxılmır. Yəqin həmin adamın xəstəsinin yanına da ondan əvvəl iki nəfər keçib deyə, onu buraxmayıblar. O ki, qaldı qapıda on manat pul məsələsinə, bir daha deyirəm, məndə belə bir fakt yoxdur və bu, mümkün deyil. Hər yer kameradır. Kim bunu deyirsə, gəlsin, kameraları açaq, baxaq, görək, harada, kimə verib pulu?", - deyə baş həkim bildirib. ©oxu.az
    Click here to Read more
    Prev Article
    Yarım milyonluq layihə - Ağdamın yolları yenilənəcək
    Next Article
    İlk dəfə bu Forum Azərbaycanda keçiriləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment