Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Microsoft" "ağ hakerlər"ə 1,6 milyon dollar mükafat ödəyib

    3 days ago

    3

    0

    "Microsoft" şirkəti "Zero Day Quest" adlı ilk genişmiqyaslı informasiya təhlükəsizliyi tədbiri çərçivəsində kibertəhlükəsizlik üzrə mütəxəssislərinə - "ağ hakerlər"ə - ümumilikdə 1,6 milyon ABŞ dollarından çox mükafat verib.  Valyuta.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb. Tədbir zamanı iştirakçılar "Microsoft"un bulud və süni intellekt xidmətlərində 600-dən çox təhlükəsizlik zəifliyi aşkarlayıblar. Təxminən 100 tədqiqatçının qatıldığı tədbirdə maarifləndirici sessiyalar da keçirilib. Proqram çərçivəsində: * Süni intellekt xidmətlərində zəiflik axtarışı "AI Red Team" komandası ilə birlikdə aparılıb; * SSRF (server-side request forgery) hücumlarına qarşı müdafiə yolları mühəndislərlə birgə öyrənilib; * Bug Bounty (səhv tapma və mükafatlandırma) üzrə mütəxəssislərdən tövsiyələr təqdim olunub. "Microsoft" gələcəkdə bu cür tədbirləri daha da genişləndirməyi planlaşdırır. Şirkət mükafatların artırılacağını, yeni tədqiqat tapşırıqlarının təqdim ediləcəyini və məhsul inkişaf etdiriciləri ilə kibertəhlükəsizlik mütəxəssisləri arasında daha sıx əməkdaşlığın qurulacağını açıqlayıb. "Ağ haker" kimdir? "Ağ hakerlər" - kiberhücum bacarıqlarını qanun və etik qaydalar çərçivəsində sistemlərin və məlumatların qorunmasına yönəldən mütəxəssislərdir. Onlar təhlükəsizlik zəifliklərini aşkarlayaraq şirkətlərə risklərin qarşısını almaqda kömək edirlər. Bu baxımdan onlar "qara hakerlər"dən fərqlənir və informasiya təhlükəsizliyinin qorunmasında mühüm rol oynayırlar. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Gmail için talep edilen özellik geldi
    Next Article
    Fenerbahçe Medicana, üçüncülük maçında 1-0 öne geçti

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment