Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Meyxanaçı həbs edildi

    2 days ago

    3

    0

    Gəncə şəhərində meyxanaçı həbs edilib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü "Fərid Gəncəli" ləqəbi ilə tanınan Fərid Salahov aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb. O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb. Rəşadın barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Cəfərov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur: “Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da, nikahımı rəsmləşdirməmişəm. 2-3 il ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtdır, narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam”. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Rəşad Cəfərov 15 gün müddətində inzibati qaydada həbs edilib.
    Click here to Read more
    Prev Article
    Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir
    Next Article
    Aprel çağırışının gedişatı müzakirə olunub – FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment