Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Meta"nın "Space Llama"sı kosmosa getdi

    12 minutes from now

    1

    0

    "Meta" açıq mənbə kodlu "Llama 3.2" modelinin özəlləşdirilmiş versiyasını Beynəlxalq Kosmik Stansiyanın (ISS) Milli Laboratoriyasına göndərib.  Valyuta.az xəbər verir ki, bu addım süni intellektin kosmosa da daxil olacağının ən mühüm sübutlarından biri kimi qiymətləndirilir. Mark Zukerberq nəhayət ki, kosmosa da əl atıb. Yaxın zamanda ISS-dəki kompüterlərə "Facebook" və "Instagram" şifrələri ilə giriş imkanı yaradılsa, təəccüblənməmək lazım olacaq. "Meta" tərəfindən hazırlanan "Space Llama" adlı proqramın məqsədi elmi araşdırmaları dəstəkləmək üçün orbitdə çalışacaq süni intellekt alqoritmlərinin performansını sınaqdan keçirməkdir. "Llama" açıq mənbə kodlu olduğundan, tədqiqatçılar onu internet bağlantısı olmadan təcrid olunmuş avadanlıqlarda quraşdıra və işlədə bilirlər. Bu da ISS-də proqramı işlətməyə imkan verir. Beləliklə, süni intellektin məlumatları Yer əsaslı serverlər üzərindən yönləndirmə ehtiyacı aradan qalxır və kosmosdakı süni intellekt tətbiqlərinin məlumat təhlükəsizliyi də qorunur. Üstəlik, internet serverlərindən cavab gözlənilmədiyi üçün gecikmələr də azalır. "Meta"nın "Space Llama" layihəsi çərçivəsində kosmosda aşağıdakı süni intellekt alqoritmləri sınaqdan keçiriləcək: * "Booz Allen"ın "A2E2" (Uç Mühitlər üçün Süni İntellekt) çərçivəsi * "Hewlett Packard Enterprise"ın "Kosmosdan Daşınan Kompüter-2" sistemi * "Nvida" tərəfindən sürətləndirilmiş hesablama texnologiyaları (CUDA, cuDNN və cuBLAS) "Space Llama" təcrübəsinin gələcəkdə Ay və Marsın araşdırılması da daxil olmaqla missiyalara informasiya təmin etməsi və Yer üzündə uzaq və əlaqəsiz mühitlərə avtonom sistemlərin yerləşdirilməsini sürətləndirməsi gözlənilir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı (FOTO)
    Next Article
    NASA yavaşlayır, Çin sürətlənir: Kosmosun yeni kralı kim olacaq?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment