Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Meta" “Apple Intelligence” funksiyalarını öz platformalarında məhdudlaşdırdı

    1 week ago

    5

    0

    iOS 18 ilə birlikdə təqdim olunan və böyük maraq doğuran "Apple Intelligence" adlı süni intellekt funksiyaları artıq bir sıra "iPhone" istifadəçiləri üçün əlçatan olub.  Valyuta.az xəbər verir ki, bəzi tətbiq tərtibatçıları bu funksiyaların öz platformalarında istifadəsini məhdudlaşdırmaq qərarına gəlib. Bu qərarlardan biri də sosial media nəhəngi "Meta" şirkətinə aiddir. Braziliyada fəaliyyət göstərən "Sorcererhat Tech" texnoloji bloqunun yaydığı məlumata görə, artıq "Apple Intelligence" funksiyalarından "Meta"ya məxsus heç bir tətbiqdə istifadə etmək mümkün deyil. Bu məhdudiyyətlərə "Facebook", "Instagram", "Threads" və "WhatsApp" da daxildir. Məlumatda qeyd olunur ki, “iPhone”larda süni intellekt tərəfindən təklif olunan və istifadəçilərə mətn yaratmaq və redaktə etmək imkanı verən yazı alətləri bu tətbiqlərdə deaktiv edilib. Həmçinin, emoji və stiker əlavə etmək kimi funksiyaların da sözügedən platformalarda işləmədiyi bildirilir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Huawei, Yeni Elektrikli Otomobil Markası Duyurdu
    Next Article
    Bakının iki rayonunda qəzalı binalar söküləcək - SİYAHI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment