Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

    2 weeks ago

    6

    0

    2018-ci ildə qurulan və "bir kliklə onlayn alış-veriş" üçün universal həll təqdim etdiyini iddia edən "Nate" startapı özündə süni intellekt (Al)  olduğunu iddia etsə də, əslində yüzlərlə filippinli işçinin əməyindən istifadə edib.  Valyuta.az xəbər verir ki, bunu VC portalı məlumat yayıb. "Nate"in tərtibatçıları iddia edir ki, istifadəçilər istənilən onlayn mağazadan məhsul seçib, linki tətbiqə ötürə bilər, daha sonra sistem avtomatik olaraq ödəniş və çatdırılma daxil olmaqla alış-verişi həyata keçirir. Lakin məlum olub ki, "özəl Al modelləri" əsasında qurulduğu deyilən avtomatlaşdırma texnologiyası uydurmadan ibarət olub. ABŞ Ədliyyə Nazirliyi şirkətin qurucusu Albert Sanigerə aldatma ittihamı irəli sürüb - idarəyə görə, o, mövcud olmayan Al həllərini işlək kimi təqdim edərək, həm hazırkı, həm də potensial investorları aldadıb. İstintaq məlumatlarına görə, "Nate" Al texnologiyasını üçüncü tərəfdən alıb, əməliyyatların əhəmiyyətli hissəsini isə xarici autsorsing şirkətlərinin əməkdaşları əl ilə yerinə yetiriblər. Əsas yük Filippində yerləşən call-mərkəzlərə düşüb, burada yüzlərlə operator sifarişləri əl ilə emal edib. Eyni zamanda, şirkət investorlara proseslərin tam avtomatlaşdırıldığına dair etimad verdiyi üçün ittiham olunur. 2021-ci ildə Saniger mühəndislərə sifarişlərin yerinə yetirilməsində qismən kömək edəcək botlar hazırlamağı tapşırdığı üçün də tənqid olunub - bu, şirkətin "tamamilə Al həlli" barədə ictimai bəyanatlarına zidddir. Bundan əlavə, o, işçilərin əməliyyatların həqiqi quruluşu haqqında məlumat əldə etməsini "ticari sirr" bəhanəsi ilə məhdudlaşdırıb. 2023-cü ildə "Nate" maliyyə çatışmazlığı səbəbindən aktivlərini satıb. İnvestorlar öz qoyduqları vəsaiti geri qaytara bilməyiblər. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, Sanigerin hərəkətləri texnoloji startaplara olan etimadı zəiflədib, "Nate"in qabaqcıl həllərə malik olduğu barədə yalan təəssürat yaradaraq, resursları həqiqətən innovativ şirkətlərdən yayındırıb. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası
    Next Article
    Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment