Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Məşhur aviaşirkət birinci rübdə 885 milyon avro zərər edib

    27 minutes from now

    2

    0

    Almaniyanın aparıcı aviaşirkəti "Lufthansa" 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 8,1 milyard avroya çatıb. Lakin buna baxmayaraq, "Lufthansa" 885 milyon avro xalis zərərlə üzləşib. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 151 milyon avro daha yüksək zərər deməkdir. Valyuta.az xəbər verir ki, şirkət xərclərin artdığını və bunun mənfəətə mənfi təsir etdiyini bildirib. "Lufthansa" həmçinin xəbərdarlıq edib ki, ABŞ tərəfindən tətbiq olunan yeni gömrük rüsumları gələcəkdə biznes fəaliyyətlərinə mənfi təsir göstərə bilər. "Makroiqtisadi qeyri-müəyyənlik, xüsusən də ABŞ, Avropa İttifaqı və digər regionlar arasında ticarət gərginliyi qarşıdan gələn rüblər üçün dəqiq proqnoz verməyi çətinləşdirir", deyə aviaşirkətin açıqlamasında qeyd edilir. Hesabatın dərcindən sonra onun səhmləri 4,3% ucuzlaşıb. Bununla yanaşı, "Lufthansa" qeyd edib ki, mart ayında ABŞ-dan Avropaya bilet sifarişlərinin sayı ötən illə müqayisədə 25% artıb. Aviaşirkət həmçinin yaxşı yay tətili mövsümü gözləyirş "Geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, biz artım gözləməkdə davam edirik, yay üçün nikbinliyimizi qoruyub saxlayırıq və 2025-ci il üçün müsbət perspektivimizi qoruyub saxlayırıq", deyə Lufthansa-nın baş direktoru Karsten Spohr bildirib. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Google’ın Yapay Zekâ Destekli Podcast'i 50'den Fazla Dilde Erişime Açıldı: Üstelik Türkçe de Var!
    Next Article
    Azərbaycanda ana ölümü azalıb - STATİSTİKA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment