Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Mərkəzlərdə evlərin qiyməti fantastikdir” -Millət vəkilindən etiraz

    1 week ago

    4

    0

    “Mərkəzlərdə tikilən evlərin hər kvadrat metrinin qiyməti fantastik rəqəmlərdir”.   Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib. Millət vəkili qəzalı vəziyyətdə olan evlərin söküntüsünə və yeni evlərin tikintisinə başlanacağnı xatırladıb: “Təbii ki, burada dövlət vəsaitlərindən istifadə olunacaq. Bu vəsaitlərin istifadə olunmasında növbəti dəfə də çatışmazlıqlar, büdcədən vəsaitlərin istifadəsi zamanı qənaətli istifadə olunmaması, rəqəmlərin şişirdilməməsi üçün hansı işlər görüləcək?” Ə.Məsimlinin sözlərinə görə, tikilən evlərin kvadrat metrinin qiyməti orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun deyil: “Burada xeyli səviyyədə məlum olan faktlar da var ki, iş adamlarından alınan vəsaitlər axırda gətirilib hər kvadratın üzərinə gəlir. Bu da xeyli dərəcədə Azərbaycanda ciddi xarakter daşıyan mənzil təminatının əlçatanlığına maneə yaradır”.
    Click here to Read more
    Prev Article
    Low-deposit mortgage deals highest for 17 years
    Next Article
    ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment