Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Mərkəzi Bank sığorta sektorunda rəqəmsal transformasiyaya başlayır

    1 week ago

    3

    0

    Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda rəqəmsal transformasiyanın tətbiqinin sürətləndirilməsi diqqətdə saxlanılır və bu istiqamətdə mühüm təşəbbüslər həyata keçirilir. Bu təşəbbüslərdən növbətisi 17 aprel tarixində Mərkəzi Bankda sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi mövzusunda tədbirin keçirilməsi olub. Finss.az xəbər verir ki, tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə keçirilib. İnteraktiv formada keçən tədbir çərçivəsində sığorta sahəsində rəqəmsallaşma prosesləri, texnoloji həllərin tətbiqi, startaplarla əməkdaşlıq imkanları, eləcə də sığorta texnologiyalarının gələcək perspektivləri müzakirə olunub. Mərkəzi Bankın ekspertləri ilə tədbir iştirakçıları arasında texnoloji inkişaf dövründə qarşıya çıxan çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanın Norveç iqtisadiyyatına yatırımları kəskin artıb
    Next Article
    Barclays upgrades Pernod Ricard to “equal weight” as upside risks increase

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment