Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Mərkəzi Bank inflyasiya proqnozunu yenilədi

    1 week ago

    3

    0

    Finss.az - Azərbaycan Mərkəzi Bankı cari il və növbəti il üzrə inflyasiya proqnozlarını yeniləyib. Bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair press-relizində bildirilir. Yeni açıqlamada cari il üzrə inflyasiya proqnozunu endirərkən, növbəti il üçün yüksəldib. Belə ki, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir. 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilirdi. Bildirilir ki, ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub. İnflyasiyaya təsir edən xarici amillər son aylar ümumilikdə stabildir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə ötən il qlobal əmtəə qiymətləri indeksi 4.3% artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası azalaraq 2024-cü ilin 11 ayında 11.9%-ə enibdir ki, bunun da əhəmiyyətli hissəsi manatın nominal effektiv məzənnəsinin 9% möhkəmlənməsi hesabına neytrallaşıb.
    Click here to Read more
    Prev Article
    Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub – YENİLƏNƏCƏK
    Next Article
    BOKT “International" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment