Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Məqsəd tapşırıqla vəzifələri ələ keçirən şəxsləri saxlamaqdır - Deputat

    1 week ago

    3

    0

    “Hesablama Palatasında dövlət qulluğuna qəbulla bağlı prosedur şəffaf keçirilir. Bunu bir sıra digər qurumlarda da tətbiq edilməsi vacibdir. Hər bir qurumun işi peşəkarlıq səviyyəsi ilə bağlıdır. Son vaxtlar başqa sahələrdə bizə gələn şikayətlər göstərir ki, həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində çatışmazlıqlar var”. Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. “Çox vaxt bu müsahibələr formal xarakter daşıyır. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Bu orqan rəhbərlərinin belə qanunsuz cəhdinin arxasında əsas məqsəd həmin saxta, qeyri-leqal yollarla, xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəvvür edin, adam ən yüksək balla müsabiqədə qalib gəlir və müsahibədə müqaviləli şəxslərə uduzurlar. Ya balını aşağı yazır, ya da elə çətin suallar verib kəsirlər. Ömrünü-gününü dövlət qulluğunda yer almaq istəyən şəxs bu mərhələni aşa bilmir”, - deyə deputat bildirib.
    Click here to Read more
    Prev Article
    Nazir müavini Şirvandan Salyana rəis göndərdi
    Next Article
    “52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” - Video

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment