Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Meqa Sığorta”nın yığımlarında “yorğan söküyü” davam edir

    5 hours ago

    1

    0

    “Meqa Sığorta”nın yığımlarında ilin əvvəlindən etibarən “yorğan söküyü” davam edir.  Valyuta.az-ın araşdırmasına görə, bu ilin ilk rübündə sığorta şirkətinin yığımları 2 milyon manatdan çox azalıb. Belə ki, sözügedən dövrdə şirkət 7,53 milyon manat sığorta haqqı toplayıb ki, bu ötən ilin eyni dövrünə nisbətən 21% azdır.  Belə ki, 2024-cü ilin yanvar-mart aylarında “Meqa Sığorta” 9,55 milyon manat sığorta haqqı toplaya bilmişdi.  Sığorta şirkəti rüblük 3,43 milyon manat ödəniş həyata keçirib ki, bu də 2024-cü ilin eyni dövrünə nisbətən 16,1% çoxdur. 2024-cü ilin yanvar-mart aylarında “Meqa Sığorta” 2,95 milyon manat sığorta ödənişini həyata keçirmişdi.  Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar-mart aylarında topladığı hər 100 manatdan  30,9 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 45,5 manata yüksəlib.  Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.
    Click here to Read more
    Prev Article
    Togg T10F ile Leapmotor B01 Arasındaki Tasarım "Benzerliği" Gündem Oldu: Çinliler, Bizden mi Kopyaladı?
    Next Article
    İçdiyimiz suyun və qablaşdırmanın təhlükəsiz olub-olmadığını necə bilək?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment