Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Mənzillərini qanunsuz artıranların NƏZƏRİNƏ!

    1 week ago

    2

    0

    Köhnə tikililərə, əsasən də ikimərtəbəli binalara qanunsuz artırmalar edilir. Valyuta.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakının bir çox yerində rast gəlinən bu mənzərə həm təhlükəsizlik, həm də estetik baxımdan problem yaratsa da, diqqətçəkən məqam əlavə artırmaların plana düşən ərazilərdə əsas mübahisə məsələsinə çevrilməsidir. Bir neçə il əvvələ qədər və çox zaman sənəddə qeyd ediləndən əlavə sonradan artırılan otaqlar da hesablanırdı. Lakin hazırda bu məsələni həll etmək xeyli çətinləşib. Çünki vətəndaş yeni ev verilən zaman artırılan hissənin də hesablanmasını tələb edir. Qarşı tərəf isə çox zaman bununla razılaşmır. Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qanunsuz artırmalar söküntü zamanı müəyyən istisnalarla hesablanır. Lakin bəzi tikinti şirkətləri söküntü zamanı əlavə sahələri nəzərə almırlar. Binaların çox hissəsində isə heç bir sənəd yoxdur. Artırmalar sənədsiz həyata keçirilib. Bu səbəblə tikinti şirkətlərinin bəziləri də mövcud sahəyə deyil, sənəddə olan kvadrata uyğun hesablama işi aparır. Mütəxəssis qeyd edir ki, artırmaların çox olması tikinti şirkətlərinə də sərf etmir. Çünki artırmaların sayı çox olduqca, vətəndaşa daha çox vəsait və ya sahə verməli olur. Buna görə də, belə artırmalar söküntü prosesini uzadır. Binalar isə belə artırmalara görə, daha da qəzalı vəziyyətə düşür.
    Click here to Read more
    Prev Article
    Qarabağ Universitetində yeni fakültələr olacaq - Nazir AÇIQLADI
    Next Article
    Azərbaycanın sərhəd ölkələri ilə ticarət əlaqələri - İcmal

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment