Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mənimsəmədə ittiham olunan şirkət rəhbərinə hökm oxunub

    2 weeks ago

    Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən şirkət rəhbəri Rüfət Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rüfət Kərimova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Onun ibtidai istintaq müddətində dəymiş ziyanı tam ödədiyi bildirilib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, şirkət rəhbəri tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin leqallaşdırması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. İstintaqla Kərimov Rüfət Nurəddin oğlunun 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəməsinə, bununla da cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Rüfət Kərimova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə iş üzrə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi təmin edilib.
    Click here to Read more
    Prev Article
    Leysan yağacaq, şimşək çaxacaq
    Next Article
    NBA: Alperen Şengün, sezonu double-double ortalamasıyla bitirdi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment