Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Mənim həqiqətlərim: Rola inanan cəmiyyətimiz

    1 week ago

    5

    0

    İran prezidenti Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu. 28 aprel. Adətən dostumuz Həmid Herisçi hər şeydə bir mistika tapa bilir. Bu məsələdə bilmirəm mistika var, ya yox. Amma bir qəsd, düşmənçilik əlaməti yəqin ki var. Yoxsa fars, fars olmazdı. 28 aprel bildiyiniz kimi 11-ci Qırmızı ordu tərəfindən Azərbaycanın işğalı günüdür. *** Hikmət Hacıyev: "Azərbaycan münaqişəyə məsuliyyətli dövlət idarəçiliyi sayəsində son qoymağı bacardı" *** Ermənistanda Paşinyana dəstək verən qüvvələr ABŞ-dən maliyyələşən minlərlə media, sosial şəbəkə platformaları, QHT nümayəndələri və onların təsiri altında olan elektoratdır. ABŞ Dövlət Departamenti Ermənistana bu istiqamətdə olan qrant layihələrini dayandırdı. Pasinyan üçün 2026-cı il seçkiləri çətin olacaq. Rusiyanın dəstək verdiyi Xocalı qatillərindən olan Şeyk Sarkisyanın hədə dolu bəyanatı boş sözlər deyil. Azərbaycanın Paşinyanla görüləcək nə işi varsa bu il bitirsə yaxşı olardı. P.S. Paşinyanın ağlı olsa Xocalı və digər qətliamlara rəhbərlik etmiş Koçaryan, Sarkisyan, Ohanyan kimi cinayətkarları Azərbaycanın ədalət məhkəməsinə təhvil verərdi. Zatən onlar haqqında Azərbaycanda cinayət işi açılıb və bildiyim qədəri axtarışdadılar. *** Yaxşı ki, polis var. Birincisi onlar olmasa hamı bir-birinin ətini yeyər. İkincisi də ekstrimal vəziyyətlərdə təbiət hadisəsindən tutmuş, ailə məişət, kommunal, sosial problemlərə qədər hər işin dalınca onlar qaçır. Halbuki onların vəzifəsi deyil. *** Görəsən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğız mediası ölkə başçılarının AB-ilə Türkiyəni işğalçı kimi qələmə verən bir sənədə qol çəkdiklərini camaata necə izah edirlər? Yəni Türk kimi etdikləri əməli necə əsaslandırırlar? P.S. Görəsən fikirləşirlər Rusiya Ukraynada etdiyini Orta Asiyada etsə Avropa onlara yaxın belə durmayacaq. Yenə Türkiyə və Azərbaycanın üstünə qaçacaqlar. P.P.S Özbəkistanın belə bir addım atacağını heç gözləmirdim. *** Bəzi adına müxalifət deyənlər elə bil həbsdə olanların düşmənidir. Dünən Əvəz Zeynallının həbsdən azad olunması ilə bağlı Prezidentə müraciət olundu və bu gün də vəkillər məhkəməyə müraciət etdilər. Çox gumanki müsbət cavab olacaq. Yəni hamı onkoloji xəstəliyə düçar olmuş Əvəz Zeynallının azad olunmasını istəyir. Hələ müraciətin mürəkkəbi qurumamış adına müxalifət deyənlər sosial mediada başlayıblar kampaniyaya ki, Əvəz Zeynallının həbs edənlər vətən xainidir, onu müdafiə etməyənlər də ikiqat vətən xainidir. Ay zalım uşağı bir xeyriniz yoxdur heç olmasa susun. İctimaiyyətin nüfuzlu ziyalıları, şair, yazıçı, QHT, media, partiya nümayəndələri xahiş edib adamı həbsdən azad etmək istəyir siz də ortalıqda ara qatıb vəiziyyəti qəlizləşdirisiniz. Elə bil güdürlər ki kimisə həbs etsinlər bunlarda ondan bu cür yazmaqla pul qazanıb həzz alsınlar. Və əllərindən gələni də edirlər ki, həbs edilənlər heç vaxt buraxılmasın. Ki bunların bazarı bağlanmasın. Dəhəşətdir vallah. *** Tramp ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu super dövlətin nümayəndəsi kimi Rusiya və İranla danışıqlara guya diqtə etməyə, sərt şərtlər irəli sürməyə, qorxutmağa göndərir. Bu isə görüşlərdə özünü dovşan kimi aparır. Putinə çar kimi əlini döşünə qoyub təzim edir, İranın xarici işlər nazirinin qarşısında əlini əinin üstünə qoyub ayaqlarını cütləyib şagird kimi gözünü döyür. Bu necə nümayəndədir Tramp təyin eləyib. O başkəsənlərə bu nəyin ki tələb irəli sürə bilər, heç normal danışıq apara bilmir. Əraqçının qarşınıda gör necə oturub. Elə bil Əraqçı ABŞ-nin nüvə proqramını ləğv etməyə gəlib. *** Meydan TV separatçının birini raşist Rusiyasında soz azadlığını müdafiə ediyini yazıb. Feysbuk əhli də hal-hazırda Meydan TV-nin ağzını cırır. Gör nə qədər axmaq olasan ki, separatizmi, etnik münaqişəni həmişə silah kimi istifadə edən, Ukraynada müstəmləkə müharibəsi aparan Rusiyanı söz azadlığının "yurdu" hesab edəsən. *** Bəs deyirdilər Harvard, Oksford, Kembric kimi dünya şöhrətli universitetlər müstəqildir, maliyyəsini özü qazanır. Oxuyaram ki, Trampın qərarına əsasən, Harvard Universitetinə verilən 2,2 milyard dollarlıq dövlət dəstəyi dayandırılıb! Hər il 2 milyard dollar pul alan universitetlərin hamısı Harvard ola bilər. Tramp isə səhv iş görüb tələbə və müəllimlərin pulunu kəsmək olmaz. *** Elə bir dövrə gəlib çıxdıq ki, insanlar bir-birinə səmimi dəstək ola bilmir. Dəstək olanların da hər birinin öz marağı var. Mütləq ya qarşıdakı rola girməlidir, ya dəstəyə ehtiyacı olan rolda olmalıdır ki, nəsə əldə etsin hər iki tərəf. Təəsüfki, cəmiyyətimiz də rolda olanlara inanır. Bir müddətdir ki, ürəyimdə problem var. Nə illah edirəm çözə bilmirəm. Rola girməyi isə bacarmıram. Öz problemimi özüm həll etməyə çalışıram, amma görürəm alınmır. Elə vəziyyət yaradılır ki, mütləq kənardan dəstək istəməli olursan. Amma bu dəstəyi almaq üçün də gərək rola girəsən, min dil tökəsən və sair. Heç nə təbii axarı ilə getmir. Bu sətirləri isə sözün düzü əsəbimdən yazdım. *** Artıq neçənci dəfədir ki İran ərazisindən Azərbaycana dronla narkotik vasitələr keçirməyə çalışırlar. Narkotik vasitələri başa düşdük, İranda bu "nemət"dən nə qədər istəyirsən var. Amma bu qədər dron narkotik daşıyanlarda hardandır? Sərt rejimin höküm sürdüyü İranda daha çox hərbi məqsədlər üçün istifadə olunan dronların bu cür çölə atıldığını mən təsəvvür edə bilmirəm. Hazırda İranda hərbi təyinatlı hər bir detalın nəzarətdə və defisit olduğunu nəzərə alsaq fikrimə iki variant gəlir. 1. Narkotik vasitələrin keçirilməsində İranın güc strukturları, kəşfiyyatı, inqilab keşikçilər korpusunun yüksək rütbəli zabitləri və sair sərikdir və cinayətkarları dronlarla onlar təmin edir. 2. İran kəşfiyyatı, inqilab keşikçiləri korpusu bu üsulla sərhəddə hərbçilərimizin və texniki təchizatın vəziyyətini yoxlayır. Narkotika qaçaqmalçılığı variantı isə zatən hazırda deyilən və görsənən variantdır. Şöhrət El-Dəniz visiontv.az    
    Click here to Read more
    Prev Article
    Sarıcalıya qayıdan sakin: Arzularımız gerçəyə çevrilib
    Next Article
    Japan's core CPI accelerates in March; analysts push back BOJ rate hike timing

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment