Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Mən vaz keçdim” və ya hədəflərimizi niyə yarım qoyuruq?

    10 hours ago

    1

    0

    Kama Ahmad       Kouç Bir müddət öncə Almaniyaya köçmək istəyən və dil öyrənməkdə çətinlik çəkdiyi üçün kouçinqə müraciət edən, lakin xidmət almayan bir həkim xanımla bu günlərdə xəbərləşdim. Dedi ki, planlarından vaz keçib. Bu məni təəccübləndirməsə də düşündürdü: İnsanlar niyə hədəflərindən vaz keçir? Gəlin Kouç perspektivindən hədəflərimizə çatmaqda bizə mane olan 5 məqamı nəzərdən keçirək: 1. Vizyonun və həyat məqsədinin əskikliyi Hədəf qoymaq təklikdə həyatımızı dəyişmək üçün bir o qədər effektiv üsul deyil. Hədəf vizyonun bir parçası olaraq təyin olunmalıdır. Bu əskik olduqda insan tam olaraq ümumi şəkli görə bilmir və son nəticəni tam olaraq xəyal edə bilmədiyi üçün də tək-tək səpələnmiş hədəflərini yarım qoya və ya onlardan vaz keçə bilir. Vizyon minlərlə hissəcikli bütöv mənzərəni əks edən böyük bir pazldırsa, hədəf bu pazlın hissəciyidir. Yazılı həyat məqsədinin mövcudluğu bizə çatmaq istədiyimiz ayrı-ayrı hədəflərin ümumilikdə nəyə xidmət etdiyini anlamağa kömək edir. İnsanın hədəfləri ümumi həyat məqsədinin parçasıdırsa, o hədəfini yarım qoymayacaq. 2. Dəyərləri unutmaq Doğru təyin olunmuş hədəf və vizyonun əsası dəyərlərdir. "Mənim üçün əhəmiyyətli olan nədir və məni nə xoşbəxt edir?" sualının cavabı. Biz hədəflərimizi dəyərlərimiz süzgəcindən keçirmədikdə dəyər və hədəfin toqquşması yaşanır və başladığımızı yarım qoymalı oluruq. Çünki, yolda əhəmiyyətli olanları unutmuşuq. Onlar olmadıqdan sonra isə hər şey anlamsızdır. Bizlər dəyərlərimizi nəzərdən keçirmədən qoyduğumuz hədəflərə çatsaq belə xoşbəxt hiss edə bilmirik. 3. Öhdəliyin yoxluğu Hədəflərimizə çatmaqda şəxsi məsuliyyət hissi qədər öhdəlik hissi də vacibdir. Öhdəlik hissi yoxdursa, başladığımızı yarım qoyub vaz keçə bilirik. Öhdəlik bizi davam etmək məcburiyyətində qoyan mexanizmdir. Öhdəlik hissinin yaranması üçün ən işlək yol isə hədəfə fokuslanmış Kouç tutmaqdır. 4. Dəyər ödəməyə hazır olmamaq Hədəflərimizə çatıb arzu etdiyimiz həyatı yaratmağın dəyəri var. Bir çoxumuz təəssüf ki, bu dəyəri ya ödəmək istəmirik, ya da ödəməyə fiziki, mental və maddi hazır deyilik. Ona görə də başladığımızı yarım qoya bilirik. 5.  Dəstək sisteminin əskikliyi Hədəflərimizə çatmaqda ailəmizin, dostlarımızın və peşəkar dəstək sistemimizin(kouç, mentor, terapevt) əhəmiyyətli rolu var. Onlar bizə həm başlamağa təkan ola bilir, bununla yanaşı yol boyu bizim ən coşğun fanatlarımız, yarım qoymaq istədikdə və vaz keçmək istədikdə isə ehtiyac duyduğumuz gücümüz ola bilir. Əgər bu 5 məqamı nəzərə alaraq irəliləsəniz, hədəflərinizə çatmaq da, arzuladığınız həyatı qurmaq da daha asan və mümkün olacaq. Uğurlar!
    Click here to Read more
    Prev Article
    Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?
    Next Article
    Lazio - Parma düellosunda kazanan çıkmadı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment