Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Melissa Group”un rəhbəri və ekskavator sürücüsünün həbs müddəti uzadılıb

    5 days ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb. Məhkəmənin qərarına əsasən, Qalib Məmmədovun həbs müddəti 2 ay müddətinə uzadılıb. *** 13.28 Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsünün barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. Bu gün Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub. Qərara əsasən, Qala Eynullayevin həbs müddəti 2 ay müddətinə uzadılıb. Qeyd edək ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator Eynullayev Qala Seymur oğlu və iş icraçısı saxlanılıb. Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Qala Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham olunur.
    Click here to Read more
    Prev Article
    Mehriban Əliyeva ailəsi ilə Pekini gəzdi - Fotolar
    Next Article
    Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment