Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi

    3 days ago

    4

    0

    "Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətə baxılıb. Oxu.Az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proses Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formatda baş tutub. Vəkil Rəşad Əliyev bildirib ki, müvəkkilinin xərçəng xəstəliyi müayinə olunaraq təsdiqini tapıb. Buna görə də Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağlı qərar çıxarılmasını məhkəmədən istəyib. Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq prosesin uzadılmamasını və qərar verilməsini xahiş edib. Müşavirədən sonra Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün tibbi şəhadətnamənin məhkəməyə verilməsinin təmin olunması ilə bağlı qərar qəbul olunub. Qərarda bildirilir ki, tibbi şəhadətləndirilmə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılsın. Həmin rəylər ixtisaslaşdırılmış ekspertlər tərəfindən həyata keçirilməklə bir ay ərzində təqdim olunmalıdır. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı doqquz il, Elnur Şükürov isə dörd il müddətinə azadlıqdan məhrum ediliblər. Birinci instansiyanın hökmü ilə bağlı apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Daha sonra Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılaraq qismən təmin edilib. Əvəz Zeynallının cəzası iki ay, Elnur Şükürovun həbs müddəti isə bir il azaldılıb. Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
    Click here to Read more
    Prev Article
    “NomadMania” səyyah klubu Xankəndidə səfərdə olub
    Next Article
    "Ukrayna "Trampın Əfqanıstanı" olacaq" - Ekspert

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment