Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

    2 weeks ago

    4

    0

    NASA-nın "Perseverance" roveri Qırmızı planetdə nadir və heyrətamiz bir hadisəni qeydə alıb: böyük bir "toz şeytanı" (mini-tornado) kiçik olanı udaraq "yoxa çıxarıb". Hadisə roverin "Jezero" kraterinin qərb kənarı boyunca hərəkət etdiyi zaman baş verib.  Valyuta.az xəbər verir ki, "Eearth" nəşrinin yazdığına görə, roverin naviqasiya kamerası bu təbiət hadisəsini təxminən 1 kilometr məsafədən çəkilmiş ardıcıl şəkillərlə sənədləşdirərək qısa bir video hazırlayıb. Kadrlarda bir neçə "toz şeytanı"nın bir-biri ilə qarşılaşdığı anlar əks olunub. "Toz şeytanları"ndan biri təxminən 65 metr enində olub və 5 metr enində olan daha kiçiyini udub. Arxa planda isə daha iki toz burulğanı marian səhrasında fırlanaraq hərəkət edir. Mütəxəssislər bildirirlər ki, bu burulğanlar sadəcə vizual olaraq təsir edici deyil, həm də Mars atmosferinin necə fəaliyyət göstərdiyini anlamaq üçün mühüm əhəmiyyət daşıyır. "Konvektiv burulğanlar - yəni "toz şeytanları" - Marsın səthi boyunca hərəkət edərək toz qaldırır və görünüş məsafəsini azaldır. Əgər iki burulğan qarşılaşarsa, ya biri digərini yox edir, ya da birləşərək güclü olan zəif olanı udur", deyə "Perseverance" missiyasının alimi Mark Lemmon bildirib. Qeyd edilir ki, toz burulğanları hər nə qədər qeyri-müəyyən və dəyişkən olsa da, xüsusilə "Jezero" krateri ətrafında Marsda tez-tez rast gəlinən təbiət hadisələridir. Bu burulğanlar Mars hava şəraitinin formalaşmasına və planet boyunca tozun paylanmasına təsir göstərir. Bu hadisə, isti havanın səthdən qalxaraq üst qatdakı soyuq hava ilə qarşılaşması nəticəsində yaranır. Havanın üfüqi hərəkəti fırlanmağa başlayır və bu fırlanma şaquli istiqamətə keçdikdə güclənir. Fırlanan havaya toz qarışır və nəticədə toz şeytanı formalaşır. "Toz burulğanları Mars hava şəraitində vacib rol oynayır", deyə "Perseverance" layihəsinin elmi əməkdaşı Keti Stek Morqan vurğulayıb. 2021-ci ildə Marsa eniş edən rover indiyədək bir neçə toz burulğanını qeydə alıb. Xüsusilə 2021-ci ilin 27 sentyabrında baş verən hadisədə, "Jezero" kraterinin dibində toz şeytanlarının "rəqs etdiyi" və roverin "SuperCam" mikrafonu tərəfindən onların qorxunc səsi qeydə alındığı qeyd olunur. Alimlər bu burulğanların nə zaman və harada yaranacağını öncədən təxmin edə bilmirlər. Buna görə də "Perseverance" tez-tez üfüqi müşahidə edir və belə nadir anları lentə almağa çalışır. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq
    Next Article
    Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment