Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?

    6 hours ago

    2

    0

    Bir çox mağazada yumurtaların üzərində istehsal tarixi qeyd olunsa da, onların son istifadə tarixi adətən yazılmır. Hətta elə hallar da olur ki, ümumiyyətlə heç bir tarix məlumatı olmur. Belə vəziyyətdə alıcılar məhsulun təzə və ya köhnə olduğunu necə müəyyən edə bilər? Valyuta.az milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, kənd təsərrüfatı məhsulu olan sarı yumurtaların üzərində tarix göstərilmir, çünki onlar ev şəraitində istehsal olunur. Amma ağ rəngli yumurtalarda istehsal tarixi yazılır və onların təxminən bir aylıq saxlanma müddəti olur. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, yumurtanın qabığının altındakı hava boşluğu çox kiçikdirsə və ya ümumiyyətlə yoxdursa, bu onun təzə olduğuna işarədir. Onun sözlərinə görə, qaynadılmış yumurtanın sarısı göyümtül rəng alırsa, bu artıq onun köhnə olduğunu göstərir.  Ekspert həmçinin qeyd edir ki, yumurtaların üzərində həm istehsal, həm də son istifadə tarixləri mütləq şəkildə qeyd edilməlidir. Soyuq şəraitdə saxlandıqda isə onların yararlılıq müddəti bir aya qədər uzana bilər. Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, beynəlxalq sənədlərdə qeyd olunur ki yumurta məhsulunun üzərində istehsal tarixi və 28 gün etibarlılıq tarixi öz əksini tapmalıdır. Həmin qaydaların 5.49-cu bəndinə əsasən satışa yararlılıq müddəti müəyyən olunmuş malları istehsalçıya ondan təyinatı üzrə istifadə edə biləcəyi müddəti nəzərə alaraq verməyə borcludur.
    Click here to Read more
    Prev Article
    The Elder Scrolls IV: Oblivion Remastered, 5 Gün Dolmadan Milyonlarca Oyuncuya Ulaştı!
    Next Article
    Hamı "rəhbər" olacaq: "Microsoft" süni intellektlə gələcək barədə proqnoz verdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment