Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Marketinqdə QR kodlardan istifadə - Biznesi inkişaf etdirməyin asan yolu - SƏHƏR OXUSU

    2 weeks ago

    3

    0

    Bu gün çox populyar olan QR kodlarını sevdiyiniz restorandakı menyudan tutmuş avtobus dayanacağındakı reklama qədər hər yerdə görə bilərsiniz, hətta geyim etiketlərində belə onlara rast gəlmək olar. Minimalist, amma çox yönlü olan QR kodları fiziki və rəqəmsal dünyalarımızı birləşdirərək bizə hər iki dünyanın ən yaxşı imkanlarını təqdim edir. Bunu nəzərə alaraq, müştərilərlə qarşılıqlı əlaqəni artırmaq və onlara maraqlı ola biləcək məlumatları dərhal təqdim etmək üçün QR kodlarını mütləq işinizə və ya marketinq strategiyanıza daxil etməlisiniz.  İlk addım isə bir QR kod yaratma alətindən istifadə edərək öz kodunuzu yaratmaqdır. Daha sonra bu koddan istifadə edərək növbəti kampaniyanızı inkişaf etdirməyin praktik yollarını kəşf edə bilərsiniz. Valyuta.az bunun üçün sizə lazım olacaq məlumatları təqdim edir: QR kod nədir? Tam adı "Quick Response" (Sürətli cavab) olan QR kodları, istifadəçilərə kontaktsız şəkildə məlumat almağa və ya maliyyə əməliyyatları aparmağa imkan verən bir barkod növüdür. Demək olar ki, bütün ağıllı telefonlar tərəfindən skan edilə və oxuna bilir. Sadə və sürətli olmaları səbəbilə istifadəçiləri dərhal hərəkətə keçməyə təşviq edirlər. Bu səbəbdən, marketoloqlar son illərdə QR kodlarını reklam strategiyalarına daha çox daxil etməyə başlayıblar. Rəqəmsal ödənişlər üçün QR kodları 1994-cü ildə Yaponiyada bir avtomobil şirkəti tərəfindən istehsal zamanı sürətli komponent skanına imkan vermək üçün icad edilən QR kodları son illərdə rəqəmsal cüzdan sahəsində inqilab yaradaraq əhəmiyyətli rol oynayıb. Çinin “Alipay” və “PayPal” kimi dünyaca məşhur ödəniş tətbiqləri, nağdsız əməliyyatlar təqdim etmək və auditoriyalarının dəyişən ehtiyaclarına cavab vermək üçün QR kodlarından istifadə edirlər. QR kodla ödəniş etmək digər ödəniş üsullarına nisbətən daha sürətlidir. İstər fiziki mağazada, istərsə də onlayn şəkildə, istifadəçilər telefonla QR kodu skan etdikdə, qarşılarına ödəniş ekranı çıxır. Ödənişi təsdiqlədikdən sonra əməliyyat cəmi bir neçə saniyə ərzində tamamlanır. Alış-veriş üçün QR kodları QR kodları son dövrlərdə restoran sifariş sistemlərində və xüsusilə pərakəndə satış sahəsində geniş istifadə olunur. ABŞda restoraların yarısı artıq QR kodlu menyulardan istifadə edir. Pərakəndə satış sahəsində isə QR kodları, markalara hədəf bazarlarına çatmaq üçün yeni giriş nöqtələri yaratmaq imkanı verir. Məsələn, “Adidas” ayaqqabınızın dil hissəsində yerləşən etiketi diqqətlə yoxlasanız, üzərində bir QR kod görərsiniz. Bu kod “Adidas”ın “Spotify” ilə əməkdaşlıq çərçivəsində Boost HD seriyasının təqdimatı üçün həyata keçirdiyi uğurlu marketinq strategiyasının bir hissəsidir. Bu QR kod, yerləşdiyiniz coğrafi mövqeyə görə sizi xüsusi bir siyahıya yönləndirərək hərəkətdə olarkən brendlə qarşılıqlı əlaqədə qalmağınızı təmin edir. QR kodları niyə getdikcə daha populyar olur? Hazırkı məlumatlara əsasən, milyardlarla insanın sürətli internetə və ağıllı telefonlara çıxışı olduğundan QR kodları dünyanın bir çox yerində geniş yayılıb. “Apple” şirkətinin iOS 11 yeniləməsi ilə “iPhone”larda, həmçinin Android cihazlarda QR kodların skan olunmasını təmin edən funksiyaların olması, bu texnologiyanın hər kəs üçün əlçatan olmasına səbəb olub. Beləliklə, demək olar ki, istənilən model ağıllı telefon istifadəçisi QR kodlarını gündəlik həyatına daxil edib. Bu fakt, niyə QR kodlarının getdikcə daha çox iş sahəsi tərəfindən sürətlə mənimsənildiyini daha aydın izah edir. Sahibkarlar QR kodları vasitəsilə mobil ödənişləri və alış-veriş proseslərini asanlaşdırmaqla müştəri təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəklərinin fərqindədirlər. İnsanlar kontaktsız əməliyyatlara üstünlük verməklə yanaşı, eyni zamanda məlumatlara daha tez çatmaq istəyirlər. QR kodları isə rəqəmsal və fiziki dünya arasında körpü yaradaraq hər il daha çox maraq doğurur. Marketinqdə QR kodlarından istifadə yolları QR kodlarını marketinq vasitəsi kimi istifadə etmək üçün bir çox səbəb mövcuddur. Müştərilərlə dərhal əlaqə qurmaq, birbaşa məlumat toplamaq və daha sonra bazar seqmentasiyası aparmaq mümkündür. Bundan əlavə, marketinq e-maillərindən tutmuş reklam lövhələrinə qədər istənilən kampaniyada QR kodlardan istifadə edə bilərsiniz. Aşağıda isə biznesiniz üçün QR kod istifadə etməyin bəzi yolları və faydaları verilib: Veb trafikini artırın Veb sayt qurmaq biznesinizin marketinq strategiyası baxımından mühüm addımdır. Broşur, reklam, e-mail və ya qablaşdırmaya yerləşdirilən bir QR kod vasitəsilə saytınıza trafik cəlb edə bilərsiniz. İstifadəçilər kodu skan etdikdə birbaşa veb səhifənizə yönləndiriləcəklər. Eyni prosesi açılış səhifələri üçün də tətbiq etmək mümkündür . Kampaniyanızı planlaşdırmadan öncə aşağıdakı suallara cavab verin: İnsanları saytınızın hansı səhifəsinə yönləndirmək istəyirsiniz? Oraya gəldikdə nə etmələrini istəyirsiniz? Bu suallara cavab verən bir QR kod kampaniyası yaradaraq effektiv nəticələr əldə edə bilərsiniz. Özəl QR kod yaratmaq üçün isə bir QR kod alətindən istifadə etməlisiniz. Mobil tətbiqinizi tanıdın Tutaq ki, biznesinizi idarə etmək və böyütmək üçün Wix Owner kimi xüsusi bir tətbiq yaratmısınız. Bu tətbiqi müştərilərinizə tam olaraq tanıtmaq üçün marketinqin hər mərhələsində istifadə etməlisiniz. Müştərilərin birbaşa tətbiq mağazasına yönləndirilməsi və tətbiqi endirməsi üçün hər bir broşura, e-mailə, postera və digər görünən materiallara QR kod əlavə etməklə bu prosesi asanlaşdıra bilərsiniz. Daha çox satış əldə edin QR kod kuponları, skan edilərək təqdim edilən virtual kuponlardır. Marketinq kampaniyalarında istifadə olunan bu cür təşviqlər, müştəriləri məhsul və xidmətlərinizdən istifadə etməyə həvəsləndirmək üçün təsirli üsuldur. QR kuponunuzu yaratdıqdan sonra, yeni müştərilər cəlb etmək və mövcud müştəriləri mükafatlandırmaq üçün zamanla məhdudlaşdırılmış təkliflər təqdim edə bilərsiniz. Həmçinin, kuponun vizual baxımdan yaxşı görünməsi və müxtəlif cihazlara uyğunlaşması üçün bir freelancer dizaynerdən dəstək ala bilərsiniz. İş yerinizin yerini QR kodlarla göstərin Əgər fiziki məkanlı bir mağaza sahibisinizsə, müştərilərinizin xəritədə sizi asanlıqla tapması üçün QR kodlardan istifadə edə bilərsiniz. Sadəcə kodu veb saytınıza, sosial media profillərinizə, poster və ya flayer kimi promosyon materiallarınıza əlavə edin. İstifadəçilər kodu skan etdikdə, sizi Google Maps və ya digər naviqasiya tətbiqlərində tapa biləcəklər. Bu, mağazanıza çatmağı və sizi tapmağı olduqca asanlaşdırır. Günay
    Click here to Read more
    Prev Article
    Birmingham bin strike to continue as workers 'overwhelmingly' reject deal
    Next Article
    Trabzon maçına 3 farkla çıkarsa %95 şampiyon!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment