Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Maliyyə Assosiasiyalarının növbəti ağacəkmə aksiyası keçirilib

    1 day ago

    1

    0

    Finss.az - 25 aprel 2025 – ci il tarixində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir. Artıq 3 ildir davam edən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva, ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AzFina-nın icraçı direktoru Azər Əkbərov, digər assosiasiyaların məsul şəxləri və assosiasiyaya üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak etmişdir. Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədi ilə Abşeron rayonu Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30 mindən yuxarı iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulmuşdur. Aksiya zamanı 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacları iştirakçılar tərəfindən əkilmişdir. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Zərərli tətbiqlər bank kartlarından pul çəkir
    Next Article
    Dələduzluğa görə 5 nəfər saxlanılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment