Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Makron Fransanı qlobal gülüş obyektinə çevrib"

    5 days ago

    3

    0

    Fransa prezidenti Emmanuel Makron "Telegram" messencerinə qarşı senzura siyasətinə görə ölkəni dünyanın gülüş obyektinə çevirib.  HİT.az xəbər verir ki, bunu Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot bildirib. "Telegram"ın yaradıcısı Pavel Durovun sözlərini şərh edən Filippo yazıb: "Fransa senzuraya başlayır və qlobal gülüş obyektinə çevrilir". Aprelin 21-də Durov "Telegram" kanalında Fransa hakimiyyətinin polis üçün istifadəçilərin yazışmalarına çıxış əldə etməklə bağlı növbəti cəhd etdiyini bildirib. İş adamı qeyd edib ki, bu təşəbbüs qüvvəyə minərsə, Fransa dünyada vətəndaşları messencerlərdə, o cümlədən "Telegram"da end-to-end şifrələmədən məhrum edən ilk ölkə olacaq. Durovun sözlərinə görə, bu, son dərəcə təhlükəlidir, çünki bu zəif nöqtədən yalnız polisin istifadə edəcəyinə zəmanət verilə bilməz - hakerlər və xüsusi xidmətlər də yazışmalara çıxış əldə edəcəklər. Pavel Durov avqustun 24-də Le Burje hava limanında şəxsi təyyarəsini tərk edərkən Fransada həbs edilib. O, qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanı idarə etmək də daxil olmaqla altı cinayətdə ittiham olunur. İş adamını 20 il həbs cəzası gözləyir. Keçən il avqustun sonunda o, 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və Fransadan çıxışı da qadağan edilib. Amma bu ilin martında məhdudiyyətlər yumşaldıldı və Durov hazırda Dubaydadır. Samir
    Click here to Read more
    Prev Article
    "Talassemiya işi": "Bu sualın cavabı məndə deyil, qlobal məsələdir"
    Next Article
    XİN-ə məxsus BMW 15 000 manata satıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment