Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Maçu Piçunun hələ də açılmayan sirləri

    1 week ago

    4

    0

    Perunun sərt dağları arasında, sisli zirvələrdə yüksələn qədim bir şəhər - Maçu Piçu.  HİT.az xəbər verir ki, İnka imperiyasının səmaya yaxın daş memarlığı təkcə tarixçiləri deyil, musiqiçiləri və şairləri də heyran qoyur. Bu ad günümüzdə hələ də mahnılarda çəkilir, əsrlər keçsə də, tam aydınlaşmayan sirləri ilə diqqət çəkməyə davam edir. Kimlər üçün inşa olunmuşdu? 1911-ci ildə Hirəm Binqem tərəfindən yenidən kəşf ediləndən bəri aparılan araşdırmalar Maçu Piçunun kim üçün və hansı məqsədlə inşa edildiyinə hələ də qəti cavab verə bilmir. Bəzi arxeoloqlara görə bu yer kral ailəsi üçün bir istirahət məkanı olub, digərlərinə görə isə dini bir mərkəz. Lakin heç bir nəzəriyyə, bu qədər çətin keçilən ərazidə bu dərəcədə möhtəşəm və mürəkkəb quruluşun niyə tikildiyini tam izah edə bilmir. Mühəndislik möcüzəsi, yoxsa kosmik bələdçimi? Tonlarla ağırlığı olan daşların millimetrik dəqiqliklə bir-birinə oturması, üstəlik heç bir sement və ya məhlul istifadə olunmadan qurulması, günümüz texnologiyası ilə belə təəccüb doğurur. Geoloji analizlər bu tikililərin seysmik hərəkətlərə davamlı olduğunu göstərir. İnka mütəxəssisləri bunu necə bacarıb? Bəzilərinə görə bu strukturlar yalnız memarlıq baxımından deyil, həm də astronomik bələdçi funksiyasını daşıyırdı. Günəş, ulduzlar və bərabərlik günləri ilə olan uyğunluq bu fikri gücləndirir. Niyə tərk edildi? Maçu Piçu 16-cı əsrdə ispan müstəmləkəçiləri tərəfindən tapılmadan tərk edildi. Niyə? Yoluxucu bir xəstəlik, siyasi bir böhran, yoxsa mistik bir inanclamı? Arxeoloji izlər şəhərin tələsik boşaldıldığını göstərsə də, ardında qalan səssizlik bu sualın cavabını hələ də gizli saxlayır. Musiqidən sənədli filmlərə qədər Gizəmli aurası Pink Floyddan tutmuş The Strokesa qədər bir çox sənət əsərinə ilham verən Maçu Piçu, eyni zamanda UNESCO-nun Dünya İrs Siyahısına daxildir. Hər il minlərlə turistin ziyarət etdiyi bu məkan təkcə bir turistik dayanacaq deyil, keçmişlə ruhani bağ yaradan bir yer kimi də dəyərləndirilir. Samir  
    Click here to Read more
    Prev Article
    Ermənistanda yayımlanan Rusiya telekanallarının sayı azaldılır
    Next Article
    ChatGPT fotolarla insanlara casusluq etməyi öyrənir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment