Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Londonun Azərbaycan və Ermənistan arasında diplomatik “balans” yaratmaq istəyi

    4 days ago

    5

    0

    Böyük Britaniyanın səfiri müşahidə missiyasının üzvləri ilə görüşdə belə bir açıqlama verib: “Avropa İttifaqının monitorinq qrupu ilə çox faydalı görüş keçirdim. Onlar öz mandatlarını necə yerinə yetirdiklərini və sərhəd icmalarında etimadı necə yaratdıqlardan danışdılar. Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var”. Sonuncu cümlə də diqqətçəkicidir. Səfir “Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var” cümləsi ilə kimə işarə edib? Görəsən, səfirin fikrincə, kim və ya kimlər Sünikdəkilərin dinc şəraitdə yaşamasına və işləməsinə mane olur? Səfirin Ermənistan-Azərbaycan sərhədini ziyarəti və Avropa İttifaqının müşahidə missiyasi ilə görüşü böyük ehtimalla Londonun təlimatıyla həyata keçirilib, sadəcə Böyük Britaniya Xarici İşlər Nazirliyinin belə bir qərarının məntiqini anlamaq çətindir. Xarici ölkə diplomatlarının Ermənistan-Azərbaycan sərhədinə səfərləri və orada müşahidə missiyası ilə görüşləri Azərbaycanda narazılıqla qarşılanır və bunu Bakı ilə tərəfdaşlıq münasibətləri olan London bilməmiş deyil. Çünki, Ermənistan tərəfdən sərhədimizə yaxın ərazilərə təşkil olunan səfərlər belə bir təəssürat yaradır ki, guya Azərbaycan Ermənistanın həmin ərazisinə təhlükə yaradır. Bu isə Azərbaycan əleyhinə siyasətin tərkib hissəsidir. Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri və hərbi attaşesi aprelin 18-də digər səfirlər və hərbi attaşelərlə birgə Xankəndi və Şuşada olublar. Görünür, London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə Azərbaycandakı diplomatlarının Xankəndinə və Şuşaya səfəri ilə “balans” yaratmaq istəyib. Ancaq Böyük Britaniyanın Ermənistandakı səfirinin səfər proqramı fərqli olub. “Atlas” Araşdırmalar Mərkəzi visiontv.az
    Click here to Read more
    Prev Article
    Tramp: HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində iştirakına imkan verməyəcəyik
    Next Article
    BofA cuts 2025 China GDP forecast on heightened trade risks

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment