Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “LG” və "Samsung" Hindistan hökumətini məhkəməyə verib

    1 week ago

    3

    0

    Cənubi Koreyanın "LG" və "Samsung" şirkətləri Hindistan hökumətinin elektron tullantıların təkrar emalı ilə bağlı yeni qiymət siyasətinə etiraz edərək Dehli Ali Məhkəməsinə müraciət ediblər. Valyuta.az xəbər verir ki, yeni qaydalara əsasən, elektronika şirkətləri hər kiloqram məhsul üçün təkrar emalçılara minimum 22 rupi (təxminən 0,25 ABŞ dolları) ödəməlidirlər.  Şirkətlər isə bu ödənişlərin onların xərclərini üçqat artıracağını və bu tənzimləmənin ətraf mühitin mühafizəsinə real təsir göstərməyəcəyini bildirirlər. "LG" məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edib ki, bu cür ödənişlərin tətbiqi yalnız şirkətlərin üzərinə vergi yükü qoymaqla məqsədə çatmağı hədəfləyir və əgər qeyri-rəsmi sektor nəzarətsiz qalırsa, bu, hökumətin icra mexanizminin zəifliyidir. "Samsung" isə bildirib ki, hazırda ödənilən məbləğlə müqayisədə yeni tariflər 5-15 dəfə yüksəkdir və bu, şirkətə ciddi maliyyə zərəri vuracaq. Oxşar səbəblərlə Hindistanın digər şirkətləri – "Daikin", "Havells", "Voltas" və "Blue Star" da məhkəməyə müraciət ediblər. "Johnson Controls-Hitachi" isə iddiasını geri çəkib.
    Click here to Read more
    Prev Article
    Hisə verilmiş məhsulların sağlamlıq üçün - ƏSAS TƏHLÜKƏSİ
    Next Article
    Sahaya giren köpek kırmızı kart gördü!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment