Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Leysan olan gün evdən qaçıblarmış - Aygünün atası danışdı

    6 days ago

    4

    0

    Xəbər verdiyimiz kimi​, Bakının Maştağa qəsəbəsində dayıqızı-bibiqızı - Hüseynova Aygün Bəhram qızı və Hüseynova Reyhan Elşən qızı itkin düşüb. HİT.az Baku TV-yə istinadən xəbər verir ki, Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə danışıb. Onun sözlərinə görə, yeniyetmələr leysan olan gün qaçıblar: “Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur. Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim”.  
    Click here to Read more
    Prev Article
    Hövsanda evdə partlayış oldu: Ölən və xəsarət alan var
    Next Article
    Azərbaycanın Ukraynaya investisiyaları azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment