Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ləğv edilmiş 5 bankın daşınmaz əmlakları hərraca çıxarılır – SİYAHI

    1 week ago

    3

    0

    7 may “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 5 bankın balansında olan daşınmaz əmlakların açıq hərracı keçiriləcək. Valyuta.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. “Atabank” ASC-yə məxsus olan və Şamaxı şəhərində yerləşən 279.3 kv.m sahəsi olan qeyri-yaşayış binası 490 min manat ilkin qiymətlə, Əli-Bayramlı şəhərində yerləşən 314.7 kv.m-lik 2 mərtəbəli bina isə 430 min manat qiymətlə satışa çıxarılıb. Həmin bankın Nizami rayonundakı, Qara Qarayev prospektində yerləşən 436.2 kv.m sahəyə malik 2 mərtəbəli qeyri-yaşayış binası isə 1,6 milyon manat qiymətlə hərraca təqdim olunacaq. “Yunayted Kredit Bank” ASC-nin balansında olan, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 154.4 kv.m sahəsi olan qeyri-yaşayış binası üçün ilkin satış qiyməti 800 min manat müəyyən edilib. “Bank Standard” QSC-yə məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 0.75 hektarlıq bağ sahəsi 750 min manata, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 345 kv.m sahəli qeyri-yaşayış sahəsi isə 1.1 milyon manata satışa çıxarılacaq. “Zaminbank” ASC-nin Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən üç müxtəlif ölçülü qeyri-yaşayış sahəsi də satış siyahısındadır. Bunlardan 143.4 kv.m sahəli obyektin ilkin qiyməti 326 min manat, 216.3 kv.m sahəli obyektin qiyməti 491 min manat, 80.3 kv.m-lik sahənin isə satış qiyməti 190 min manat təşkil edir. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Ticarət mərkəzində mallar su altında qalıb, sahibkarlara külli miqdarda ziyan dəyib - VİDEO
    Next Article
    Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq - Xəbərdarlıq edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment