Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kuklaçılar festivala gedir

    1 week ago

    7

    0

    Teatrın mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, 21 aprel-12 may tarixlərində IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı keçiriləcək. Kuklaçılarımızın səfər müddəti 21-26 aprel tarixlərini əhatə edəcək.  Sənət bayramı Türkiyənin iki böyük şəhərini əhatə edəcək. 23-25 aprel tarixlərində Ankara, 26-27 aprel tarixlərində İstanbulda baş tutacaq festival marafonu 28-30 aprel tarixlərində Bakıda, 2-4 may tarixlərində Özbəkistanda davam edəcək. Tədbirin builki bağlanış mərasimi 9-12 may günlərinə təsadüf edəcək və Şimali Kipr Türk Respublikasında olacaq. Onu da qeyd edək ki, festivalın builki iştirakçı sayı və tamaşa proqramı da genişdir. Bu mənada kuklaçılar hər iki şəhərdəki müxtəlif məkanlarda milli kukla sənətimizi layiqincə təmsil etməyə çalışacaqlar. Səfərə 10 nəfərlik heyətlə yola düşəcək kuklaçılarımız türkiyəli teatrsevərlər qarşısında “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konserti göstərəcəklər. Milli kukla personajlarımızdan ibarət birhissəli aktın səhnələşdirmə və quruluşçu rejissoru Saida Haqverdiyeva, tərtibatçı rəssamı İqbal Əliyevdir. Milli musiqi və rəqslərlə zəngin səhnə işində obrazları aparıcı kukla aktyorlarımız Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandıracaqlar. Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Kukla Teatrı yaradıcı təşkilat, sənət mərkəzi  kimi mütəmadi beynəlxalq festivallara dəvətlər alır və bu yolla dünya teatr mühitində daha da tanınmasına, yaradıcılıq əlaqələrinin intensivləşməsinə çalışır. Bu mənada  Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan kimi ölkələrlə uzunmüddətli səmərəli əlaqələrimiz var və müəyyən layihələr çərçivəsində artıq müştərək işlər də aparmışıq. Elə Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı da bu qəbildəndir. Ötən il üçüncüsü baş tutan bu festival öz coğrafiyasını genişləndirdi və tədbirin bağlanış mərasimi Bakıda oldu. Beləcə, teatr bayramı Ankara, İstanbul və Bakı şəhərlərini əhatə edərək öz ətrafına xeyli sayda kuklaçını toplamaq imkanı qazandı. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası, TİKA-nın, həmçinin, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrının da dəstək verdiyi bu sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.  
    Click here to Read more
    Prev Article
    "Tramp administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında maraqlıdır"
    Next Article
    Araz sərhəd çayı İranın ən gözəl və ən təhlükəsiz sərhəd zolağı kimi tanınır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment