Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

    2 weeks ago

    5

    0

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib. Valyuta.az xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər azalma olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə artım müşahidə olunur. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 61 vahid artaraq 1207 təşkil etmişdir. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 64 vahid artaraq 1653 təşkil etmişdir. Aktivlər üzrə HHI indeksi göstəricisi 30 vahid azalaraq 1474 təşkil etmişdir. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir.  Hesabatda bildirilir ki, ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2023-ci illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 faiz bəndi artaraq 67.4% təşkil etmişdir. Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmamışdır. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır.
    Click here to Read more
    Prev Article
    Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
    Next Article
    Bu şirkətlər barəsində inzibati iş başladıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment