Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kredit ödənişi bitməyən məhsulu sata bilərik?

    1 week ago

    3

    0

    Vətəndaşlar arasında müəyyən səbəblərdən kreditlə alınan və hələ borcu tam ödənilməyən məhsulların kənar şəxslərə, mağazalara satışı müşahidə edilir. Qanunvericiliyə əsasən, krediti davam edən əşyanın üçüncü şəxsə ötürülməsi müəyyən şərtlərlə mümkündür və bu zaman borcun kim tərəfindən ödəniləcəyi məsələsi ön plana çıxır.  Mövzu haqqında vəkil Elvin Səlimov məlumat verib.  O deyib ki,  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyaların ödənilməsi və 601-ci maddəsində əşyanın hissəli ödənilməsi ilə bağlı müvafiq müddəalar öz əksini tapır. Əgər vətəndaş hansısa əşyanı nisyə ilə əldə edirsə, həmin əşyanı saxlamaq və satıcı qarşısında girov olaraq, özündə saxlamaq öhdəliyini üzərinə götürür və bu şərtlər müqavilədə öz əksini tapmalıdır.  Vəkil bildirib ki, nisyə alınmış ( kreditlə) əşya üçüncü şəxslərə satıldıqda həmin əşyaya görə ödənilməli olan pul məbləği ilk həmin əşyanı nisyə alan şəxs tərəfindən satıcıya ödənilməlidir. Bu tam ödənilmədikdə, malı təhvil almış alıcı (müqavilədə nəzərdə tutulan müddətə qədər) məbləği ödəmək vəzifəsini icra etmədikdə satıcı alıcıya verilmiş əşyaya görə, ödənilməli olan pul məbləğini ona ödənilməsini və yaxu da həmin malın ona qaytarılmasını tələb edə bilər.  Belə olduqda, həmin əşya başqa şəxslərə satıla bilməz. Satıldıqda belə, həmin əşyaya görə ödənilməli pul məbləğini ilkin alıcı (məhsulu ilk alan) məbləği satıcıya tam ödəməlidir. ©modern.az
    Click here to Read more
    Prev Article
    Antivirüs Programları, Yazılımların Zararlı Olup Olmadığını Nasıl Anlıyor?
    Next Article
    Bakının 7 rayonunda parklar yenidən qurulacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment