Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kredit almaq istədi - Kartındakı pulu da çəkdilər

    6 days ago

    4

    0

    Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Bu barədə Valyuta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  Bildirilib ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb. Daxili İşlər Nazirliyindən əhaliyə müraciət edilərək bildirilib ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla üzləşən vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar: "Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edilməlidir. Belə saxta və imitasiyalı məlumatlara etibar etməməyiniz tövsiyə olunur".
    Click here to Read more
    Prev Article
    "Yeganə" şadlıq sarayının xeyli miqdarda vergi borcu varmış
    Next Article
    Trabzonspor'da 'Mattia Ahmet Minguzzi' tribünü için açıklama

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment