Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Korporativ tərcümə ilə bağlı bizneslər nələri bilməlidir?

    2 weeks ago

    3

    0

    Kamil Zeynalov     Sahibkar, peşəkar idarəedici, "NEO Translations" tərcümə şirkətinin təsisçisi Qloballaşma dövründə bizneslər üçün beynəlxalq uğurun açarı effektiv ünsiyyətdir. Müqavilələr, veb-saytlar, marketinq kampaniyaları və ya texniki sənədlər – bütün bunlar hədəf auditoriyanın dilində dəqiq və peşəkar şəkildə təqdim edilməlidir. Korporativ tərcümə xidməti bu prosesin mərkəzində dayanır. Bəs bizneslər bu xidməti alarkən hansı addımları atmalı və keyfiyyəti necə qiymətləndirməlidirlər? Məsələn, bir Azərbaycan şirkəti Asiya bazarına daxil olmaq istəyirsə, onun materialları yalnız dil baxımından düzgün olmamalı, həm də yerli mədəniyyətə və iş adətlərinə uyğunlaşdırılmalıdır. Keyfiyyətsiz tərcümə müştəri etibarını sarsıdır, hətta hüquqi problemlərə yol aça bilər. Bizneslər nəyi necə etməlidir? 1. Məqsədi və auditoriyanı müəyyənləşdirməlidir:   Tərcüməyə başlamazdan əvvəl “Bu mətn kimin üçündür?” və “Hansı nəticəni gözləyirəm?” suallarına cavab verilməlidir. Hüquqi sənədlər dəqiqlik tələb edirsə, marketinq materialları emosional təsirə və cəlbediciliyə fokuslanır. 2. Proses planlaşdırılmalıdır:   Tərcümə layihəsinin həcmini, büdcəsini və müddətini əvvəlcədən müəyyənləşdirmək lazımdır. Təcili sifarişlər keyfiyyəti riskə atdığı kimi, xərcləri də xeyli artıra bilər. Aydın cədvəl prosesi rəvanlaşdırır. 3. Keyfiyyətə nəzarət mexanizmi olan tərcümə xidməti seçilməlidir:   Tərcümədən sonra mətnin ana dili danışanı və ya peşəkar redaktor tərəfindən yoxlanılması əsas şərtdir. Ona görə də bizneslər tərcümə xidməti təklif edən təchizatçılardan bu barədə məlumat tələb etməlidirlər. 4. Sınaq mətn vermək: Məsləhətdir ki, tərcümə xidməti təmin edən təchizatçılara kiçik həcmdə sınaq materialı verilsin və nəticəyə uyğun gələn şirkətlə əməkdaşlıq edilsin. Bu, işi müqavilədən öncə sağlama almaq deməkdir.
    Click here to Read more
    Prev Article
    Neftimizin qiymətində artım müşahidə olunur
    Next Article
    Şad XƏBƏR: Dövlət bu şəxslərə ev verəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment