Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Konstitusiya islahatları davam edən prosesdir

    3 days ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu deputat Ziyafət Əsgərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib. O qeyd edib ki, müstəqilliyin ilk illərində baş verən siyasi proseslər və hakimiyyətdə olan şəxslərin yarıtmazlığına görə Konstitusiya qəbul etmək mümkün olmayıb: “Lakin Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu və 1995-ci ildə biz Konstitusiyamızı qəbul edə bildik. Konstitusiyanın əsas institularından biri dövlətin suverenliyi məsələsidir. Suverenlik hər bir dövlətin əsas atributlarındandır. Təəssüflə qeyd etmək lazımdır ki, torpaqlarımız 30 il ərzində qonşu Ermənistan tərəfindən işğalda saxlanıldı. 2023-cü il sentyabrın 19-20-də isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkəmiz artıq həm de-yure, həm də de-fakto olaraq tam suverendir”. Ziyafət Əsgərov Konstitusiyaya dəyişikliklərlə bağlı 2002, 2009 və 2016-cı illərdə referendumları xatırladıb: “Bu zaman Konstitusiyaya insanların hüquq və azadlıqları ilə bağlı normalar əlavə etdik. Konstitusiya islahatları davam edən prosesdir”. Deputat vurğulayıb ki, Azərbaycan regionun ən inkişaf etmiş, iqtisadi və siyasi baxımdan lider dövlətidir.
    Click here to Read more
    Prev Article
    DYP avtomobili azyaşlılara etibar edən valideynlərə müraciət edib
    Next Article
    “Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı Bəyannaməsi qəbul ediləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment