Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur – Hansı üstünlükləri var?

    3 days ago

    4

    0

    Xüsusilə son bir ildə yağan yağışdan sonra ölkədə kommunal xidmətlərin təşkili və idarə olunması ilə bağlı bir sıra sistemli problemlərin olduğu meydana çıxdı. Ölkənin ümumi kommunal sistemində - su təchizatı, tullantıların idarə edilməsi, istilik və enerji sistemlərində qeyri-müntəzəm xidmətləri ilə bağlı vətəndaşlar tərəfindən tez-tez şikayətlər səsləndirilir.  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ötən gün keçirilən son iclasında deputat Rövşən Muradov tərəfindən kommunal təsərrüfata rəhbərlik edəcək ayrıca bir dövlət qurumunun yaradılması təklif olunub.  Bu sahədə ayrı bir dövlət qurumunun yaradılması zəruridir? Mərkəzləşmiş idarəetmənin hansı üstünlükləri olar? Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Eyyub Kərimli deyir ki, bu qurumun yaranması müxtəlif kommunal qurumlar arasında kordinasiyanın həyata keçirilməsinə müsbət təsir göstərə bilər: “Mərkəzləşmiş qurumun yaradılması şəhərlərin infrastrukturunun fəaliyyətinin daha təkmilləşdirilməsinə, tənzimlənməsinə və effektivliyin artırlmasına xidmət etmiş olar. Digər tərəfdən, bu cür birləşmələr kommunal sahədə fəaliyyət göstərən təşkilatların ümumi maliyyə təsərrüfat fəaliyyətinə də müsbət təsir edəcək. Həmçinin onların gücünü birləşdirib, vahid mərkəzdən kordinasiya olması işlərini daha da optimallaşdıra bilər”.  Günay
    Click here to Read more
    Prev Article
    “ZEN Architects and Construction” şirkətinin xeyli miqdarda vergi borcu var
    Next Article
    Kupada yarın final heyecanı ATV ekranlarında! Trabzonspor - Göztepe maçının 11'leri belli oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment