Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kişi sevgilisinin tətilini pozduğuna görə həbs cəzası aldı

    1 week ago

    3

    0

    ABŞ-ın Miçiqan ştatında yaşayan 19 yaşlı Coşua Lou sevgilisi və onun ailəsinə qarşı qisas almaq məqsədilə törətdiyi əməlin nəticəsində həbs cəzası alıb.  HİT.az xəbər verir ki, o, sevgilisinin Karib dənizində kruiz səyahətinə çıxdığı bir vaxtda, onların ev heyvanlarına baxmağa məcbur edildiyi üçün narazılıq hissi keçirib və bu səbəbdən istirahəti pozmaq qərarına gəlib. Lou kruiz şirkətinə elektron məktub göndərərək gəmidə bomba ola biləcəyinə dair yalan məlumat verib. Məktubda yazılıb: "Hey, düşünürəm ki, sizin "Sunrise" adlı kruiz gəmisində kimsə bomba yerləşdirə bilər". Həmin vaxt gəmi artıq Mayami limanından Yamaykaya doğru yola düşmüşdü. Lakin alınan təhdid səbəbilə səlahiyyətli orqanlar gəmiyə dərhal geri qayıtmaq əmri veriblər. Daha sonra hüquq-mühafizə orqanları gəmidəki minlərlə otaqda axtarış aparıb, lakin heç bir partlayıcı aşkar edilməyib. ABŞ prokurorunun köməkçisi Nils Kesslerin bildirdiyinə görə, FTB göndərilən elektron poçtun ünvanını izləyərək Coşua Lounun izinə düşüb. Onun sevgilisinin ailəsi ilə birgə yaşadığı və tətil zamanı tək buraxıldığı üçün narazı olduğu bildirilib. Lakin bu hallar onu cinayət məsuliyyətindən azad etməyib. Lou saxta partlayıcı təhdidi səbəbilə səkkiz ay həbs cəzasına məhkum olunub. Qeyd edək ki, bu cinayət üçün maksimum cəza beş il həbsdir. Samir  
    Click here to Read more
    Prev Article
    ATU 44 min manatlıq jalüz alacaq
    Next Article
    American Express 1-ci rübdə gözləniləndən daha yaxşı gəlir və xalis mənfəət haqqında hesabat verib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment