Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kimya sənayesi və əlaqəli sahələrdə istehsal göstəriciləri açıqlanıb - CƏDVƏL

    1 week ago

    2

    0

    2025-ci ilin ilk üç ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 554,9 milyon manatlıq məhsul istehsal edilib. Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 1,9 faiz artıb. Rəqəmlərə əsasən, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 1,8 faizlik azalma qeydə alınıb. Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 38,1 faiz, polietilen istehsalı isə 0,5 faiz artıb. Etilen istehsalı 2,3 faiz, propen (propilen) istehsalı isə 10,4 faiz azalıb. Sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqların istehsalı 3 faiz, polietilendən kisə və çantaların istehsalı isə 38,6 faiz aşağı düşüb. 2025-ci ilin yanvar-mart aylarında 11 053,1 min kub metr təsirsiz qaz istehsal edilib, bunun 5 796 min kub metri azot qazının payına düşüb. Lak-boya məmulatları üzrə istehsal həcmi 7 237,3 ton, qeyri-üzvi kimyəvi maddələrin istehsalı 3 690 ton təşkil edib. Onlardan 44 tonu yod olub. Üzvi kimyəvi maddələr üzrə istehsal 209,5 min ton, o cümlədən etilen 41,9 min ton, propen 36,3 min ton, metanol isə 97,7 min ton olub. Gübrə və azot birləşmələrinin istehsalı 137,3 min ton təşkil edib, bunun 137,2 min tonu karbamid olub. İlkin formada plastik kütlənin istehsalı 79,7 min ton, o cümlədən polietilenin istehsalı 41,3 min ton səviyyəsində qeydə alınıb. Yapışqan və yapışdırıcı maddələrin istehsalı 40,5 min ton olub. Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:   Məhsul növləri 2025-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % 01.04.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı Kimya sənayesi məhsulları Təsirsiz qazlar, min kub metr 11 053,1 102,2 65,5 ondan: azot, min kub metr 5 796 98,2 62 Lak-boya məmulatları, ton 7 237,3 138,1 5 98,1 Qeyri-üzvi kimyəvi maddələr, ton 3 690,0 42,1 6 720 ondan: yod, ton 44 90,3 22,5 Üzvi kimyəvi maddələr, min ton 209,5 78,5 38,2 ondan: etilen, min ton 41,9 97,7 0,8 propen (propilen), min ton 36,3 89,6 0,8 metanol (metil spirti), min ton 97,7 67,8 29,5 Etil spirti, min dkl - x 34 Gübrə və azot birləşmələri, min ton 137,3 82,2 28,2 ondan: karbamid, min ton 137,2 82,2 28,1 İlkin formada plastik kütlə, min ton 79,7 97,1 26,1 ondan: polietilen, min ton 41,3 100,5 15,5 Yapışqan və yapışdırıcı maddələr, min ton 40,5 161,4 12                                                       Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda minik avtomobili istehsalı artıb
    Next Article
    VTB (Azərbaycan) ABA tərəfindən 3 nominasiya üzrə mükafatlandırılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment