Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

    1 day ago

    2

    0

    2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 1,49 ton (1490 kiloqram) mavi pendir idxal olunub. Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, bu idxal ölkəyə 13,73 min ABŞ dolları hesabına başa gəlib. Məlumata görə, mavi pendir əsasən Danimarka, Almaniya və İtaliyadan gətirilib. Belə ki, Danimarkadan idxal edilən mavi pendirin miqdarı 1,43 ton (1 430 kq), dəyəri isə 13,09 min ABŞ dolları təşkil edib. Hesablamalara əsasən, bu ölkədən gətirilən pendirin 1 kq-nin qiyməti təxminən 9,15 dollar və ya 15 manat 56 qəpik olub. Almaniyadan isə 0,03 ton (30 kq) mavi pendir idxal edilib və bu idxala 0,48 min ABŞ dolları (480 dollar) xərclənib. Beləliklə, Almaniyadan gətirilən 1 kq mavi pendirin qiyməti təxminən 16 dollar və ya 27 manat 20 qəpik təşkil edib. İtaliyadan idxal olunan mavi pendirin miqdarı 0,03 ton (30 kq), dəyəri isə 0,15 min ABŞ dolları (150 dollar) olub. Hesablamalara görə, bu ölkədən gətirilən 1 kq məhsul təxminən 5 dollar və ya 8 manat 50 qəpik dəyərindədir. Ümumi hesablamalara əsasən, 2025-ci ilin ilk iki ayında idxal olunan mavi pendirin 1 kq üçün orta qiyməti təxminən 9,21 dollar və ya 15 manat 66 qəpik təşkil edib. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ
    Next Article
    Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment