Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kənd Təsərrüfatı Nazirliyi baş mühasib vəzifəsi üzrə vakansiya elan edib

    1 week ago

    3

    0

    Finss.az - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən qurumlara baş mühasib vəzifəsinə işçi qəbulu elan edib. Vakansiya üzrə son müraciət tarixi 21 may 2025-dir. Vəzifənin əsas məqsədi mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili, büdcə vəsaitlərinin düzgün istifadəsinə nəzarət, maliyyə və rəsmi hesabatların hazırlanması və təqdim edilməsindən ibarətdir. Əsas vəzifə öhdəlikləri: Mühasibat uçotunun mövcud qanunvericiliyə əsasən təşkili; Büdcə vəsaitlərinin düzgün uçotu və istifadəsinə nəzarət; Maliyyə və büdcə hesabatlarının hazırlanması; Vergi, DSMF və digər rəsmi hesabatların təqdim edilməsi; Audit yoxlamalarına dair sənədlərin hazırlanması; Sənədlərin düzgün arxivləşdirilməsi; Mühasibatlıq heyətinin idarə olunması və daxili nəzarətin həyata keçirilməsi; Elektron hesabat sistemlərində işləmək bacarığı (BTP, E-gov və s.). Namizədlərə dair tələblər: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (azı 2 ili rəhbər vəzifədə); PMS (Peşəkar Mühasibat Sertifikatı) — mütləqdir; Vergi və maliyyə qanunvericiliyi üzrə biliklər; 1C və digər mühasibat proqramlarında peşəkar bacarıq; Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət hissi; Dövlət sektorunda təcrübə və beynəlxalq sertifikatlar (ACCA, CPA və s.) üstünlükdür. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
    Click here to Read more
    Prev Article
    Çində qeyri-dövlət müəssisələrinin sayı 57 mln. keçib
    Next Article
    China cutting off new investments in US private equity - report

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment