Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kəlbəcərdə yeni təyinat

    5 hours ago

    1

    0

    Kəlbəcərdə mineral sular istehsalçısı olan İstisu Mineral Su Zavoduna yeni direktor təyin edilib. Valyuta.az "Banker.az"a istinadən xəbər verir ki, Fariz Sadıxov Aydın oğlu direktor təyin edilib. Buna qədər bu vəzifədə Adil Haqverdiyev Fəxrəddin oğlu rəhbərlik edirdi. Qeyd edək ki, “İstisu” müalicəvi sağlamlıq zonası 1928-ci ildə fəaliyyətə başlayıb. 1951-ci ildə isti suyun xüsusiyyətlərinin araşdırılması məqsədilə professor Mirəli Qaşqayın rəhbərliyi altında Azərbaycan SSR Səhiyyə Nazirliyi və Azərbaycan SSR Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən birgə elmi araşdırma aparılıb. 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki Ermənistan işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdır. 26 iyun 2022-ci il tarixində “İstisu” mineral su zavodunun təməli qoyulmuşdur. 2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər. Zavodda suyun yenidən istehsalına başlanılmışdır. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon butulkadan artıqdır.
    Click here to Read more
    Prev Article
    "Apple"da süni intellekt komandası parçalanıb: “Siri” və robototexnika üzrə dəyişikliklər gündəmdədir
    Next Article
    Bugün hangi maçlar var, saat kaçta? 30 Nisan günü maç programı...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment