Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Kapital Bank6 nominasiyada mükafatlandırıldı

    1 week ago

    2

    0

    Finss.az - Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və Kapital Bank 6 nominasiyada mükafat qazanıb. Kapital Bank 2024-cü il üzrə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyaları üzrə mükafata layiq görülüb.  Qeyd edək ki, bank ötən il ərzində sözügedən istiqamətlər üzrə bir çox layihəyə imza atıb. Korporativ Sosial Məsuliyyət, təhsilə dəstək, rəqəmsallaşdırma, rəqmsal ödənişlərin təhlükəsizliyi üzrə əhalinin maarifləndirilməsi və dayanıqlı inkişaf layihələri Kapital Bank-ın çoxillik strategiyasının tərkib hissəsidir. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan iqtisadiyyatında ortamüddətli artım proqnozları açıqlanıb
    Next Article
    Neft-qaz sektoruna yatırımlar 23%-dən çox azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment