Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İtinizin xoşbəxt olduğunu göstərən 6 əsas əlamət

    1 week ago

    2

    0

    İtlərin xoşbəxtliyi, insanlar üçün olduğu kimi, onların rifah səviyyəsindən və gündəlik həyat tərzindən asılıdır.  HİT.az xəbər verir ki, "HuffPost" portalının paylaşdığı məlumatlara əsasən, baytarlar ev heyvanlarının əhval-ruhiyyəsini anlamaq üçün bəzi əsas göstəriciləri açıqlayıblar. 1. İtin əsas ehtiyacları ödənilməlidir Nyu-Yorkda yerləşən Kornell Universitetinin Davranış İnstitutundan baytar-biheviorist Keyt Anderson bildirib ki, xoşbəxtlik dedikdə, ilk növbədə rifah səviyyəsi nəzərdə tutulur. İtin aclıq, susuzluq, ağrı, narahatlıq və qorxu hiss etməməsi vacibdir. 2. Bədəni rahat və gərginliksiz olmalıdır Andersonun sözlərinə görə, xoşbəxt itlər gərgin olmayan bədən dili ilə seçilirlər. Qulaqları geri çəkilmiş olmur, gözlərinin ağ hissəsi görünmür, quyruqları isə (cinsindən asılı olaraq) bədənə uyğun vəziyyətdə və ya rahat halda olur. Baytar Kristi Flinn isə əlavə edir ki, itin çəkisi bədəninin hər dörd ayağına bərabər paylanmalıdır. Ayaqlarını yerdən qaldırması və ya geri çəkilməsi narahatlıq əlaməti ola bilər. 3. Üz ifadələri sakit və rahatlq dolu olur İnsanlarla oxşar mimikaya sahib olan itlərin xoşbəxtlikləri üzlərindən də oxunur. Əgər it qaşlarını çatmırsa, göz və ağız ətrafı əzələləri rahatdırsa, bu onun özünü yaxşı hiss etdiyini göstərir. 4. Müəyyən gündəlik rutini var Anderson vurğulayır ki, itlər – eynilə uşaqlar kimi – sabitlik və proqnozlaşdırıla bilən həyat tərzini sevirlər. Gündəlik rutinlərinin dəyişməsi, xüsusilə sahibinin iş qrafikindəki dəyişikliklər, onların narahatlığına səbəb ola bilər. 5. Oyun oynamaq və fiziki aktivlik edirlər Fiziki fəaliyyət həm bədən sağlamlığı, həm də emosional balans üçün vacibdir. Anderson, fiziki hərəkətləri “zənginləşdirici fəaliyyət” adlandırır və bunun itlərə sevinc gətirdiyini qeyd edir. Flinn əlavə edir ki, təlim və oyunlar itlərin zehni kəskinliyini qoruyur və onların sahibləri ilə münasibətlərini möhkəmləndirir. 6. Özlərini təhlükəsiz hiss edirlər İtlərin sosial səviyyələri fərqli ola bilər. Flinn deyir ki, utancaq və ya introvert itlərin sərhədlərinə hörmət etmək vacibdir. Məsələn, qonaqlardan onu sığallamamalarını istəmək və ya ictimai yerlərdə itə toxunmamağı rica etmək bu çərçivədə ola bilər. Flinn bildirir ki, sahiblər bəzən bilmədən itlərini narahat situasiyalarda qoyurlar, halbuki bu vəziyyətlərdən yayınmaq onların rifahı üçün daha yaxşı olardı. Samir
    Click here to Read more
    Prev Article
    3 ay əvvəl direktor təyin edilmişdi, işdən çıxarıldı - Yerinə baş həkim gətirildi
    Next Article
    Bu idarə 356 004 manatlıq texniki dəstək alır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment